Slimfit
  1. CƏMİYYƏT

Texniki baxışdan keçməyən avtomobillər xüsusi vasitələrlə aşkar ediləcək

Texniki baxışdan keçməyən avtomobillər xüsusi vasitələrlə aşkar ediləcək
Sakura

Texniki baxışdan keçməyən avtomobillər xüsusi vasitələrlə aşkar ediləcək

Ötən il "Yol hərəkəti haqqında" qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. İlk növbədə, avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə iki ildə bir dəfə; istehsal olunduğu vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və "ASAN ödəniş" sisteminə elektron qaydada göndərilir.

Məlumata əsasən, bununla yanaşı, "Yol hərəkəti haqqında" qanuna edilmiş müvafiq dəyişikliklərə əsasən, növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur:

"Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərinə əsasən, texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır".

O da bildirilib ki, Bаş Dövlət Yol Polis İdаrəsinin Sаbunçu rаyonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikаnın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR