Slimfit
  1. CƏMİYYƏT

Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı üzə çıxdı

Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı üzə çıxdı
Sakura

Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı üzə çıxdı

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb.

“Qafqazinfo” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, müayinə mərkəzində görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsindən atmosferə zərərli qazlar ixrac edən nəqliyyat vasitələri aşkarlanıb. Cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Baş DYP Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırıb.

Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR