Slimfit
  1. CƏMİYYƏT

Test nəticələrində Agentlik xəta edib, insanlar isə TƏBİB-in sədrini ittiham edir - Rəsmi AÇIQLAMA

Test nəticələrində Agentlik xəta edib, insanlar isə TƏBİB-in sədrini ittiham edir - Rəsmi AÇIQLAMA
Sakura

Test nəticələrində Agentlik xəta edib, insanlar isə TƏBİB-in sədrini ittiham edir - Rəsmi AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib.

Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının təhqir edirlər.

Ens.az xəbər verir ki,Məsələ ilə bağlı İTSDA-nın mətbuat katibi Aynurə Əhmədova Modern.az-a bildirib ki, ötən gün yayılan məlumatlarda hər şey dəqiqliyilə açıqlanıb:

“Bir daha xatırladırıq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyuldan, yəni bu gündən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Bir daha sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı Modern.az-a deyib ki, məsələ birbaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aiddir:

“Ona görə də Agentlik üzr istəyib. TƏBİB-in tətbiqində hər hansı problem olmayıb. Problem Agentlik tərəfindən göndərilən SMS-lərdə olub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR