Dərc edildi: Baxış sayı: 599
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə yanvarın 25-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət