Slimfit
  1. DÜNYA

"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub

"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub
Sakura

"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub

ABŞ-ın avtomobil istehsalçısı olan "Tesla" şirkətinin 2018-ci ildəki zərəri, təxminən, 976 milyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan hesabatda bildirilib.

Bu məbləğ hər bir səhm üçün, təqribən, 5,72 dollar itki deməkdir.

Bu, ötən illə müqayisədə milyard dollar azdır. Beləliklə, şirkət 2017-ci ilə nisbətdə xalis zərərini 50% azaldıb.

İl üzrə gəlir 21,5 milyard dollar təşkil edib ki, bu da keçən illə müqayisədə 82 faiz artım deməkdir.

2019-cu ildə "Tesla" 2018-ci ildə yüksək tələbat olan "Model S" və "Model X" satışlarını azaltmağı planlaşdırır. Şirkət izah edir ki, bu tələbat gözlənilən də çox olduğundan artıq onun bir qədər azalacağını gözləmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR