Dərc edildi: Baxış sayı: 555
Tesla - Tarixdəki ən qiymətli Amerika avtomobil şirkətidir
“Tesla” şirkəti bazar kapitallaşma rekordunu 84,55 milyard dollar olaraq təyin edib. TED.az xəbər verir ki, son üç ayda onun səhmləri 93% artıb və investor həvəsləri o qədər böyük olub ki, Tesla tarixin ən qiymətli Amerika avtomobil istehsalçısına çevrilib. Buna səbəb Çindəki fabrikdə istehsal olunan elektromobillərin tədarükünün başlandığının elan olunması olub.
Xatırladaq ki, əvvəlki rekord “Ford Motor Company” tərəfindən 1999-cu ildə təyin olunmuşdu.
Dünən şirkətin bir səhminin qiyməti 470 dolları keçib. Müqayisə üçün deyək ki, 2010-cu ildə şirkət ilkin kütləvi təklif keçirəndə bir səhm 17 dollar dəyərində idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət