Slimfit
  1. DÜNYA

Tesla Çində yeni nəhəng zavodunu açıb

Tesla Çində yeni nəhəng zavodunu açıb
Sakura
:0

Tesla Çində yeni nəhəng zavodunu açıb

Nəhəng elektrik avtomobil istehsalçısı Tesla-nın baş direktoru Elon Mask yanvarın 7-də Amerika avtomobil istehsalçısının Şanxaydakı zavodunun ilk avtomobillərinin təhvil verilməsi tədbirində iştirak edib. O, Tesla-nın Çində istehsal etdiyi ilk avtomobillərinin açarlarını bir qrup şəxsə təqdim edib.

Təhvil vermə mərasimi Tesla-nın Şanxay zavodunun ötən ilki təməlqoyma mərasiminin birinci ildönümü ilə üst-üstə düşür.

Şanxay zavodu hazırda həftədə 3000 avtomobil istehsal etmək gücündədir. 2020-ci ilin sonunadək bu avtomobillərin 100 faizinin Çində istehsal ediləcəyi gözlənilir.

Şanxayın Linqanq Yeni Bölgəsində yerləşən nəhəng Tesla zavodu 860.000 kvadrat metrlik bir sahəni əhatə edir və araşdırma, istehsal və satış bazası olaraq fəaliyyət göstərir. Zavodda ildə 500 min yalnız elektriklə işləyən maşın istehsal edilməsi planlaşdırılır.

Tesla Çinin avtomobil sektorunda xarici investorlar üçün səhm məhdudiyyətlərini asanlaşdırmasından sonra Çində zavod quran ilk xarici avtomobil istehsalçısı olaraq, Şanxaydakı zavodunu bütün dünyada bir modelə çevirəcəyinə söz verib.

"Şanxaydakı nəhəng zavod ABŞ-dan kənarda Tesla-nın ilk nəhəng zavodu olmaqla yanaşı, həm də ən inkişaf etmişi olacaq. Biz bu zavodun ekoloji cəhətdən davamlı və bununla dünyaya bir nümunə olmasını istəyirik" - deyə, Elon Mask bir il əvvəl Çinin Mərkəzi Televiziyasına açıqlama vermişdi.

Tesla Şanxaydakı nəhəng zavodunu təməlqoyma işlərindən yalnız bir il sonra istifadəyə verə bilib. Bu, Şanxay rəsmilərinin Maskı heyrətləndirmiş "Şanxay sürəti" ilə nəticələnən inzibati razılaşmaları sadələşdirmə siyasəti sayəsində mümkün olub.

"Tesla layihəsi üçün razılaşmaları beş ay ərzində bitirdik. Yəni, müqavilənin imzalanmasından, ərazinin seçilməsindən və inşaat icazəsindən tutmuş bütün razılıqlar yalnız beş ay ərzində əldə edildi" - deyə, Şanxayın Linqanq İnzibati Komitəsinin rəsmisi Çen Jie bildirib.

Tesla-dan verilən məlumata görə, yaxın gələcəkdə Şanxaydakı nəhəng zavodda Model Y avtomobilləri istehsal ediləcək. Çin istehsalı olan bu avtomobillər digər ölkələrə də ixrac edilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR