Slimfit
  1. MƏDƏNİYYƏT

Təşkilat Komitəsinin ilk iclası keçirilib

Təşkilat Komitəsinin ilk iclası keçirilib
Sakura

Təşkilat Komitəsinin ilk iclası keçirilib

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Nazir Azərbaycan - UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb.

Qeyd edib ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurulub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR