Slimfit
  1. AZƏRBAYCAN

Tərtərdə xalça istehsalı emalatxanası inşa olunur

Tərtərdə xalça istehsalı emalatxanası inşa olunur
Sakura

Tərtərdə xalça istehsalı emalatxanası inşa olunur

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ənənəvi xalq üsulu ilə xalça toxuculuğu şəbəkəsinin genişləndirilməsi prosesini davam etdirir, ölkəmizin bölgələrində xalça istehsalı müəssisələri yaradılır. ASC-nin xalça istehsalı emalatxanalarından biri də Tərtər rayonunda inşa edilir.

Tikintidə iş icraçısı Füzuli İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tərtər şəhərində 4250 kvadratmetr ərazidə inşa edilən müəssisənin sahəsi 1269 kvadratmetrdir. Binada toxuculuq zalı, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və sair yaradılacaq. 40-dək işçinin çalışdığı tikinti sahəsində dəmir-beton işləri başa çatıb. Hörgü işləri yekunlaşmaq üzrədir. Hazırda dam örtüyünün vurulmasına hazırlıq görülür, həyətdə yardımçı binalar və yan hasarlar inşa edilir. İşlərin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Xalça istehsalı emalatxanasında işləmək üçün rayonun Şıxarx qəsəbəsində xalça toxucuları üçün tədris-hazırlıq kursu açılıb. Kurslara əsasən məcburi köçkünlər olmaqla, 58 qadın cəlb edilib. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 180 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Tahir Ağaməmmədov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR