Slimfit
  1. İDMAN

Tərlan Əhmədov: 'Bu 3 xal bizə lazım idi'

Tərlan Əhmədov: 'Bu 3 xal bizə lazım idi'
Sakura

Tərlan Əhmədov: 'Bu 3 xal bizə lazım idi'

"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunu geri çevirdik".

"Report"un məlumatına görə, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyunun sonlarında yaşanan insidentlə əlaqədar futbolçularını müdafiə edib: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim.

İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadır ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır.

Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ya sabah zəng edəcəyəm, ya da bu gün zəng edib danışacağam".

Əhmədov komandanın qışda daha da güclənməyə ehtiyacının olduğunu da vurğulayıb: "Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin oyunumuz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. amma indidən bu haqda danışmaq tezdir".

Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib: "Hər bir komandada lider futbolçu olmalıdır. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədir. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər".

"Yarımmüdafiə xəttində Con Kamara və Tural Bayramlı olmasa, hər hansı rotasiyaya əl atacağıq",-deyə Əhmədov fikirlərini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR