Slimfit
  1. MARAQLI

Tərk ediləndən sonra balıqçılıqla ayaqda qalan qadınlar

Tərk ediləndən sonra balıqçılıqla ayaqda qalan qadınlar
Sakura

Fotoqraf Deepti Asthana, ərləri tərəfindən tərk edilmiş balıqçı qadınların ailələrinin yaşayışını sənədləşdirir.

Fotoqraf Deepti Asthana, ərləri tərəfindən tərk edilmiş balıqçı qadınların ailələrinin yaşayışını sənədləşdirir. 52 yaşlı Muthukaraupayi-nı, əri qanuni şəkildə boşamadan və heç bir təzminat ödəmədən 24 il əvvəl tərk edib. O, iki qızının qayğısına qalmaq üçün balıqçılıqla məşğuldur. Onlar Hindistanın cənubundakı Tamil Nadu ştatının Dhanushkodi adlı balıqçı kəndində yaşayırlar.

Onun qızları - Amudha 26 yaş (soldakı) və Selvi 29 yaş (sağdakı) - ataları onları tərk edərkən müvafiq olaraq iki və beş yaşlarında olublar. Kənddəki əksər qızlar kimi, onların da böyümək üçün az imkanları olub. Qızların hər ikisi, Hindistanda evlilik üçün qanuni yaş olan, 18 yaşları tamam olmamış evləniblər.

Selvi səkkiz yaşı olarkən anası ilə işləməyə başlayıb. O heç vaxt məktəbə getməyib. O, qonşu oğlana vurulub və 14 yaşı olarkən hamilə qalıb. Onlar evləniblər, ancaq tezliklə oğlan onu tərk edib və o, növbəti səkkiz il ərzində boşanmaq üçün mübarizə aparıb.

Onun 14 yaşlı Nambuvidin adlı bir oğlu var. O deyir ki, uşaq heç vaxt atası barəsində maraqlanmır. O istəmir ki, oğlu böyüyüb balıqçı olsun. Onun ofisdə işləməsini arzulayır.

Selvi-dən fərqli olaraq onun bacısı Amudha (sağdakı) məktəbə gedib və erkən yeniyetmə yaşına qədər orda təhsil alıb. O sonra da təhsilini davam etdirmək istəsə də, anasının onu məktəbə göndərməyə imkanı olmayıb, həm də o anasına kömək etməli və yaşamaqları üçün pul qazanmalı idi.

Amudha-nın indi 2 övladı var, qızının beş yaşı var. Amudha-nın əri onu iki il əvvəl tərk edib, O deyir ki, əri həddən artıq içdiyi üçün mübahisə edirlərmiş, buna görə də, onu tərk edib. Hindistanın kəndlərində demək olar ki, boşanma, aliment və uşaqların müdafiəsi üçün heç bir qanuni əməliyyatlar yoxdur.

Əvəzində, kənd ağsaqqalları ailə mübahisələrini həll etmək üçün müdaxilə edirlər. Kənddəki qızlar balıq tutmağa erkən yaşlarında başlayırlar. Ailələri erkən vaxtlardan onların cehiz və toyları üçün qənaət etməyə başlayırlar, çünki çox bahadır.

Dhanushkodi kimi kəndlərdə balıqçı qadınların həyatı çətindir. Hər on qadından biri əri tərəfindən tərk edilir. Və evlilik onların həyatının ən vacib cəhəti kimi qəbul edildiyindən tərk edilmiş qadınlar ayrı-seçkiliklə üzləşə bilirlər. Onlar nadir hallarda yenidən evlənirlər.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR