Slimfit
  1. TARİX

Tərəkəmələr (Qarapapaqlar)

Tərəkəmələr (Qarapapaqlar)
Sakura

Tərəkəmələr (Qarapapaqlar)

Köçəri türk tayfası olan Tərəkəmələrə Qarapapaqlarda deyirlər.
Türk Dünyası Araştırmaları Vakfı, 1981. səh. 216 də belə qeyd edilir; Tərəkəmə sözü ərəbcədən (Terâkime (تراکمه) meydana çıxmış və Türkmən sözünün cəmi anlamındadır. Bu sözdən köçəri olan bir çox Türk tayfası üçün işlədilməkdədir.
Semra Alyılmaz. "Borçalı (Gürcistan) Karapapaklarının Terekemelerinin Tarihine Dair" əsərində yazır:
I Təhmasibin hakimiyyətinin erkən illərində qızılbaşların Gürcüstandakı hakimiyyəti zəifləmiş və Qarapapaqlar 1549-cu ildə Osmanlı hökmdarı I Süleymana tabe olmuşdurlar. 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi ilə Qarapapaqlar yenidən Səfəvi hakimiyyətinə tabe olmuşdurlar. Bu dövrdə Şiə Qarapapaqlar məzhəblərini bildirmək üçün başlarına qızılbaş papağı qoyurdular, sünnilər isə qara papaqdan istifadə etməkdə idilər. Bu dövrdə bəzi sünni Qarapapaqlar köçə məcbur edilmişdirlər. I Abbas dövründə sünni Qarapapaqlara saqqal vergisi tədbiq edilmişdir
Nevzat Özkan isə Türk Dilinin Yurtları əsərində
Oğuz türkcəsində olan Qara və papaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ad qara astraqan papaq geydikləri üçün Qafqazdakı qonşu xalqlar tərəfindın verilmişdir deyə yazır.
15 ci əsirdə qələmə alınmış Hafiz Əbru "Zübdətüt-təvarix" əsərində belə yazır: "Tərəkəmələrin yaşadığı yerin və türkman ordusunun əsasını təşkil edən Səd oğullarının qədim yurdu Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər... ".
«1702-1722 Yesai Həsən-Cəlalyan. Qısa Alban tarixi». Ziya Buniyatovun nəşr etdiyi kitabdan: “Bahar idi (may 1722) - çadırlarda yaşayan tərəkəmə adlanan bütün tayfalar, yəni maldarlar, daimi adətlərinə görə artıq dağlara, otla zəngin yaylaqlara qalxmışdılar.”.
1848 Alman xəritəsində Qarabağ və Muğan ərazisində Azərbaycanda yaşayan Türk tayfaları içində Tərəkəmə türk tayfasınında adı göstərilir.
Fariz Xəlilli. "Ağsuda tərəkəmə obaları: axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" əsərində yazır: Tərəkəmə obaları sufiliyi, xüsusilə nəqşibəndliyi tez mənimsəyən və yayılmasına yardım edən toplumlar kimi ortaya çıxır. Nəqşibəndiliyi yeni təlim üsulları ilə Qafqaza ikinci dəfə gətirən mürşid Mövlanə İsmayıl Siracəddin Şirvani olmuşdur. Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində dünyaya gələn, Yeni Şamaxı-Ağsu şəhərində təhsil alan, təhsilini artırmaq üçün Osmanlı dövlətinin müxtəlif şəhərlərinə səfər edən, Məkkə və Mədinəni ziyarət etdikdən sonra Bağdadda Mövlanə Xalid Bağdadinin müridi olan İsmayıl Şirvani icazənamə alaraq Şirvana qayıtmışdır.
Qars oblastındakı siyahıyaalınma nəticəsində bəlli oldu ki, bölgədə 21.652 nəfər Qarapapaq (rusca:Карапапахи) yaşamaqdadır. Onlardan 11.721 nəfəri sünni, 9.931 nəfəri isə şiə idi.
1910-cu ildə nəşr edilmiş Qafqaz Kalendarına görə, ümumi Qarapapaq sayı 39.000 nəfər göstərilmişdir, onlardan bir hissəsi Qarsın 99 kəndində yerləşmişdi
Bakıda Tərəkəmə məscidi, Tərəkəmə rəqsi Tərəkəmə tayfasının adındandır.
Bayatılarımızda belə deyilir:
Əzizinəm dağlarda,
Buz -qar olar dağlarda,
Tərəkəmə yurd salar,
Aranda həm dağlarda.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR