Dərc edildi: Baxış sayı: 657
Təqaüdə göndərilən generalın yerinə o təyin edildi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun digər əmri ilə polis polkovniki Elşad Süleymanov Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi təyin edilib.
Elşad Süleymanov bu təyinata qədər Türkiyədəki Azərbaycan səfirliyində eyni vəzifədə olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət