Dərc edildi: Baxış sayı: 261
Təqaüdçü bu strategiyadan istifadə edərək 50 min dollar qazandı
ABŞ-də təqaüdçü bilet alarkən xüsusi strategiyadan istifadə edərək lotereyada qalib gəlib.
Ens.Az oxu.az-a istinadən bildirir ki, Merilend ştatının Prins-Corces dairəsinin sakini yerli mağazalardan birində lotereya bileti alıb.
"Mən tez-tez qarşıma çıxan nömrələrlə oynayıram", - deyə o, bilet seçmək prinsipini izah edib.
Sonradan məlum olub ki, pensiyaçının seçdiyi nömrələr (5, 11, 18, 26 və 29) uduşlu nömrələrlə tamamilə üst-üstə düşüb. Nəticədə yaşlı amerikalı 50 min dollar (85 min manat) udub. O, artıq lotereya ofisində olub və uduşunu təhvil alıb.
Təqaüdçü bildirib ki, o bu vəsaiti borclarının ödənilməsi və ailəsi üçün istifadə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət