Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tənha insanlar da iltihabla üzləşirlər

Tənha insanlar da iltihabla üzləşirlər
Sakura

Tənha insanlar da iltihabla üzləşirlər

Sosial təcrid iltihabı artırır. Beləliklə, tənha insanları daha çox ürək-damar xəstəlikləri və digər xəstəliklər təhdid edir.

Elmə təkliyin insanın psixikasına və emosional vəziyyətinə mənfi təsiri çoxdan bəllidir. Lakin sosial təcridin fizioloji sağlamlığın müxtəlif aspektlərinə mənfi təsir göstərdiyinə dair son dövrlər yeni sübutlar meydana çıxır. Yalnızlığın ürək-damar xəstəlikləri, yaşlı insanlarda ağıl zəifliyini və depresiya riskini artırma qabiliyyətini göstərən tədqiqatlar mövcuddur. Bəzi elmi araşdırmalar isə təkliyin sağlamlığı zəiflədərək iltihabi proseslərin baş qaldırmasına səbəb olduğunu göstərir. Bədənimizdə iltihabi proseslər o zaman yaranır ki, orqanizmin immun sistemi infeksiyalara və ya yaralanmalara qarşı kimyəvi maddələr istehsal edir.

Bununla belə, şiddətli psixoloji və ya sosial stres vəziyyətlərində də iltihab mümkündür. Məsələn, barmağımız kəsildikdə olduğu kimi yaranan qısa müddətli və yerli iltihablar bizim üçün hətta yaxşıdır. Ancaq bu iltihablı proses gecikirsə, sağlamlığa zərərlidir. Tədqiqatçılar təkliyin və sosial təcridin məhz uzunmüddətli iltihaba səbəb olduğunu müəyyən ediblər. 14 tədqiqatın meta analizi, tənha insanların iltihabi proseslərin mənfi nəticələrini daha çox hiss etdiklərini təsdiqləyob- bu halda həmin insanların qanlarında C-reaktiv protein və fibrinogenin ən yüksək nisbətləri qeyd olunur.

C-reaktiv protein iltihablı proseslərin göstəricisidir. Fibrinogenə gəldikdə, qanın laxtalanma dərəcəsini artırır və ağır bədən xəsarətlərindən və zədələrdən sonra insan orqanizmində çox olur. Bununla birlikdə, hər iki iltihab markerinin xroniki şəkildə yüksəldilməsi ilə ümumi sağlamlıq vəziyyətində pisləşmə ehtimalı artır.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR