Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təngnəfəsliyin KORONAVİRUSla bağlı olduğunu necə anlamalı?

Təngnəfəsliyin KORONAVİRUSla bağlı olduğunu necə anlamalı?
Sakura

Təngnəfəsliyin KORONAVİRUSla bağlı olduğunu necə anlamalı?

Təngnəfəslik hissi koronavirusun “klasik” simptomudur. Lakin bu simptom digər xəstəliklər və pozulmalarla da bağlı ola bilər. Bəs bunu necə anlamalı?

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Harvard tibb məktəbinin mütəxəssislərinin sözlərinə görə, təngnəfəslik yüksək qızıdrma (38 C-dən yuxarı), quru öskürək, boğazda ağrı və diskomfortla müşayiət olunursa bu böyük ehtimalla koronavirus infeksiyasına işarə edir. Vaxt itirmədən “təcili yardım” çağırın.  

Təngnəfəslik sadaladığımız simptomlarla müşayiət olunmursa, bu təşvişdən tutmuş infarkta kimi müxtəlif pozulmalara işarə edə bilər.

 

Son zamanlar koronavirus bir çox insanlarda stres, həyacan və təşvişə səbəb olub. Əgər sizdə koronavirusun heç bir digər simptomu yoxdursa, yalnız təngnəfəslik və həyacan varsa, bu təşvişin simptomudur. Bu vəziyyət tez-tez təkrarlanırsa, həkimə müraciət edin.

Həmçinin təngnəfəslik astmanın da simptomu ola bilər. Xəstədə sinədə sıxılma, xırıltılı nəfəsalma kimi simptomlar olur.

Təngnəfəsliyin növbəti səbəbi ürək tutmasıdır. Xəstədə ürək nahiyyəsində sıxalma və ağırlıq hissi, qol, bel, boyun, çənəyə yayılan ağrı kimi simptomlar da meydana çıxır. Dərhal “təcili yardım” çağırın.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR