Slimfit
  1. MARAQLI

Tənbəllikdən necə yaxa qurtarmaq olar?

Tənbəllikdən necə yaxa qurtarmaq olar?
Sakura

Tənbəllikdən necə yaxa qurtarmaq olar?

SİA kvant psixoloqu Gülnara İnancın yazısını təqdim edir.

Tənbəlliyi fiziki bədənin və ruhun süstlüyü kimi dəyərləndirmək olar. Lakin tənbəllik həmişə mənfi keyfiyyətlərin göstəricisi deyil. İnsan ruhunun süstlüyü (tənbəllik) xroniki depressiyalar, təzahür edilməyən daxili etirazlar, hisslərin boğulması, monoton fəaliyyət və bu kimi neqativ proseslərin nəticəsi ola bilər.

İnsan illərlə ruhunun istəklərini nəzərə almadan, onu istismar edərək fiziki bədən və ağılı istifadə edərək bəzi işlər görür. İllərlə insan monotonluğa alışıq və gördüyü işlər mexaniki olur. Bədən yorulanda gecə yataraq bunu müəyyən qədər bərpa etmək olur. Lakin insan bədən şüuru ilə yaşadığı üçün ruhi yorğunluq haqda bəzən heç məlumatlı da olmur, ya da buna əhəmiyyət vermir.

Zaman keçdikcə insan hər gün etdiyi işlərdən usanır, ruhi yorğunluq ona əzab verməyə başlayır. Hər gün səhər durub eyni su prosedurlarını keçirsiz, sonra mətbəxə, sonra işə, orda da eyni işlər, axşam evə və yenə eyni prosedurlar. Sevinc fraqmentardır. Məsələn, kiminsə ad günü, toy, övlad, yaxud nəvənin dünyaya gəlişi kimi. İnsan bu qapalı halqadan çıxmaq iqtidarında deyil. Daha doğrusu, orda olduğunu belə bilmir. Nəticədə hər gün özünü yataqdan qalxmağa, fiziki işlər görməyə məcbur etməli olur.

"Heç həvəsim yoxdur" ifadəsi də insanın ruhi yorğunluğunun, yəni tənbəlliyinin ifadəsidir.

Həvəs bir coşqudur, insanı irəli aparan mühərrik. Həvəs hisslərdən məhrum olanda ruhun yorğunluğu - fiziki bədənin tənbəlliyi başlayır.
Bundan əlavə, müasir cəmiyyətlər canlı təbiətdən uzaq üşüb, torpaqla, hava ilə təması yoxdur. Təbiət insanı canlandırır, ruh öz ikinci yarısı olan təbiətlə qovuşur. Monoton həyatımızda enerji birtərəfli axır: biz ya enerjini verir, ya da alırıq. Əslində, enerji axını ikitərəfli olmalıdır. Biz enerjini verib almağımız üçün kainatla əlaqəmizi bərpa etməli, aldığımızı geri qatarmalıyıq.

Digər tərəfdən insan tənbəlliyi ilə doğuluşdan daşıdığı ölüm proqramını gecikdirməyə çalışır. İnsan tənbəlliklə zamanı durdurmaq istəyir, yəni ölümdən qaçır.

Tənbəllik həmçinin depressiyanın nəticəsidir. Depressiya isə ruhi durğunluqdur. Depressiyada olan insan hüznlü olur, düşünmək belə istəmir. Eldə belə bir deyim var: "Canımı (ruhumu) qoymağa yer axtarıram".
Ruhi süstlük zamanı can əzgin, səbatsız və qərarsız olur. İnsanlar yalnış olaraq belə vaxtlarda qəmli musiqilərə qulaq asmağı, kədərli filmlərə baxmağı sevirlər. Bu isə ruhi tənbəlliyi - depressiyanı daha da artırır. Fiziki bədəndə təzahür edən hər bir hal ruhda yaranır, yetişir və nəticədə fiziki aləmdə təzahür edir.

Maraqlıdır ki, insan heç bir iş görməyəndə daha çox yorulur: həm fiziki, həm də ruhsal olaraq. Bəs bu, niyə belədir? Çünki yorulan ruhdur. Ruh isə çalışmağı sevir, inkişafa ehtiyacı var, əks halda deqradasiya başlayır. Deqradasiya isə tənbəllikdir, ruhu süstlükdür və özünü fiziki bədəndə tənbəllik kimi büruzə verir.

Yuxarıda deyildiyi kimi tənbəllik xroniki yorğunluğun nəticəsi olur. Bu halda isə artıq tənbəllik kimi gördüyümüz, əslində, ruhi və fiziki dincliyə ehtiyacdır. Bu zaman orqanizm canlı mexanizm kimi özünübərpa üçün dincəlməlidir, yəni tənbəllik etməlidir. Bir müddətdən sonra orqanizm dincini alır və əvvəlki aktiv həyata başlayır. Lakin tənbəllik uzun müddət davam edirsə, bu, artıq depressiyanın göstəricisidir.

Fikir dağınıqlığı da insanı qərarsız edir, bir iş görməyə özünü cəmləşdirə bilmir, irəliləmək üçün motivasiyası zəif olur. Fikir dağınıqlığı da ruhi yorğunluğun, müsbət, yaxud mənfi emosiyalar və hisslər bolluğunun nəticəsidir.

Təbii ki, qidalanma, süst həyat tərzi də tənbəlliyə gətirir. Bir mövsümdən digərinə keçid zamanı da tənbəllik müşahidə oluna bilər.

Ruhun süstlüyünü önləmək, yaxud aradan qaldırmaq üçün təbiətdə olmaq, su hövzələrinin yanında olmaq, su prosedurları qəbul etmək, fiziki təmrinlər etmək, monoton həyatı daha canlandırmaq (rejimi dəyişmək, işə getmək üçün müxtəlif yollar seçmək), nəfəsalma texnikalarından istifadə etmək, xoş insanlarla ünsiyyətdə olmaq və sair vacibdir. Yeri gəlmişkən, spirtli içkilər və səs-küylü cəmiyyətlər ruhi süstlüyü yalnız müvəqqəti aradan qaldırır, sonradan insanı daha dərin bir tənbəllik quyusuna salır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR