TENAA Xiaomi şirkətinin Redmi Pro 2 smartfonunu təsdiq edib
TENAA-nın verilənlər bazasında Xiaomi şirkətinin yeni Redmi Pro 2 smartfonu haqqında informasiya yerləşdirilib. Qadcetin prosessoru səkkiz nüvəli Kryo 460, Adreno 612 qrafik sürətləndirici, Qualcomm AI Engine mühərriki və Snapdragon X12 LTE modeminə malikdir.
TENAA (Çin telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırma mərkəzi) mütəxəssisləri yeni qadcetə M1901F7C kod adı təyin ediblər. Təşkilatın saytında yerləşdirilmiş informasiya onu göstərir ki, yeni məhsul Redmi brendi adı ilə buraxılacaq. Məşhur şirkətin mobil cihazı şəkildə qradient rəngli korpusda göstərilib. Smartfonun ətraflı texniki özəllikləri açıqlanmır. Əldə olan məlumatlara əsasən, cihaz 6,3 düymlü displey əldə edib, ekranın yuxarı hissəsində ön kamera üçün kəsik nəzərdə tutulub. Korpusun ölçüləri 159,21 x 75,21 x 8,1mm təşkil edir. Qadcetin akkumulyator batareyası 3,9 min mA/s həcmə malikdir.
İkili kamera arxa paneldə yerləşib, özü də optik modulları vertikal şəkildə, sol yuxarı küncdə quraşdırılıb. Daktiloskop korpusun arxa hissəsində yerləşdirilib. Təxmin olunur ki, smartfon Qualcomm şirkətinin Snapdragon 675 çipseti ilə işləyəcək.
Mənbə: Actualnews.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət