Slimfit
  1. MARAQLI

Temperaturu səhvsiz necə ölçməli?

Temperaturu səhvsiz necə ölçməli?
Sakura

Temperaturu səhvsiz necə ölçməli?

Əgər bədən hərarətinizin yüksəldiyini hiss edirsinizsə, dəqiqləşdirməyin yeganə yolu sözsüz ki, termometrdən istifadə etməkdir. Ancaq bunu necə düzgün etməli? Qızdırmanı ölçməyin bir çox yolu var və hər biri üçün xüsusi termometrlərdən istidə olunur. Ona görə də cihazı səhv istifadə etsəniz nəticə reallıqdan uzaq olacaq.

Qolun altında

İsrər adi civə, yaxud elektron termometrdən istifadə etməklə qızıdrmanı yoxlamağın ənənəvi, öyrəşdiyimiz qaydasıdır. Hansı termometrdən istifadə etmənizdən asılı olmayaraq, qoltuğunuzun quru olması və qolu bədənə möhkəm sıxmaq lazım olduğunu unutmayın.

Yemək yedikdən, həmçinin hamamdan və ya məşqdən ən azı 30 dəqiqə ötdükdən sonra temperaturu ölçmək düzgündür. Bundan əlavə, civə termometrini ölçülmədən əvvəl silkələməli olduğunuzu unutmayın - göstəricinin 35 dərəcədən aşağı düşdüyünə əmin olun, əks halda nəticə səhv olacaqdır.

Qolunuz bədəninizə möhkəm sıxıldıqda hərarətin ölçülməsi 5 dəqiqə çəkir. Termometrin paltarlara toxunmadığı və hər tərəfdən dərinizlə təmasda olması halında, nəticə dəqiq olacaqdır.

Ağızdan ölçmə

Qızdırmanı ağızdan ölçmək xüsusi termometr tələb edir. Əgər soyuq yemək qəbul etmisinizsə ölçmə yarım saat sonra aparıla bilər. Dəqiq ölçmə aparmaqdan ötrü təmiz yuyulmuş termometrin gövdəsini dodaqlarınızla yumşaq bir şəkildə tutaraq dilin altına qoymalısınız. Ölçmək üçün ən azı 3 dəqiqə vaxt tələb olunur.

Rektal ölçmə

Bədən istiliyi anusdan da ölçülə bilər - çox vaxt körpə uşaqların valideynləri bu üsuldan istifadə edirlər. Bunu etmək üçün termometrin ucunu vazelinlə yağlamaq və 1-2 santimetr anusa daxil edərək ən azı 2 dəqiqə saxlamaq lazımdır. Sonra termometr yuyulmalı və digər ölçmələr üçün istifadə edilməməlidir, yaxud heç olmasa ağız ölçmələri üçün istifadə edilməməlidir.

Alln və ya qulaqda

İnfraqırmızı termometriniz varsa, sensoru qulağınıza və ya alnınıza qoyaraq temperaturu müəyyən edə bilərsiniz. Bu metodun yeganə üstünlüyü başqalarından daha tez yoxlamasıdır ki, digər ölçmə növlərində bu müddətə ölçmə alınmır.

Həmişə yadda saxlamaq lazımdır ki, elektron termometrdən istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxuyun - hər bir xüsusi cihazın təlimatlnda bədən istiliyinin düzgün ölçülməsi üçün lazım olan vaxt göstərilir. Adi civə termometrləri ilə isə yuxarıda qeyd olunanlar da kifayətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR