Slimfit
  1. CƏMİYYƏT

Təmassız ödənişlər təhlükəsizdirmi? - Ekspert açıqlaması

Təmassız ödənişlər təhlükəsizdirmi? - Ekspert açıqlaması
Sakura

Təmassız ödənişlər təhlükəsizdirmi? - Ekspert açıqlaması

2007-ci ildə Böyük Britaniyada, daha sonra dünyanın bir çox yerində və bir neçə ildir ki, Azərbaycanda təmassız ödəniş üsulu həyata keçirilir.

Plastik kartlar vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-terminala daxil etmədən yalnız yaxınlaşdırmaq və heç bir PİN kod tələb etmədən sürətli ödəniş etməyə imkan yaradan bu texnologiya Azərbaycanda 2014-cü ildən bəri istifadə edilir.

Artıq, demək olar, bütün banklar təmassız ödəmə funksiyasını kartlarına əlavə ediblər. Bu funksiya istehlakçıların işini rahatlaşdırır və vaxta qənaət edir. Bəs insanlar bu texnologiyadan razıdırlarmı və təhlükəsizlik necə təmin olunur?

Bank rəsmisi Əli Daşdəmirovun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu əməliyyatlar üzrə bəzi təhlükəsizlik tədbirləri görülür. Buna misal olaraq kartdan birdəfəlik PİN-siz əməliyyatlar üzrə maksimal limitlərin təyin edilməsidir.

O bildirir ki, ölkəmizdə bu texnologiya ilk dəfə yarandıqda PİN kodsuz ödəmə limiti 20 manata qədər idisə, hazırda bu limit artaraq 50 manat olub. Ödənişlər 50 manatdan yuxarı olduqda isə mütləq kod tələb olunur. 

İqtisadçı ekspert Elşad Məmmədov isə deyir ki, istehlakçıların işinin yüngülləşdirilməsi istiqamətində bu texnologiya effektivdir. Lakin Azərbaycanda təhlükəsizlik texnologiyaları ilə bağlı olan imkanlar limitin artırılmasına əsas vermir.

Onun sözlərinə görə, bu texnologiya ölkəmizdə pilot layihədir və inkişaf etdirilməsi üçün üzərində bir sıra işlər aparılmalıdır.

Ekspert bildirir ki, yaxın aylarda ya limitlərin artırılması, ya da ümumiyyətlə, aradan qaldırılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR