Slimfit
  1. GÜNDƏM

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

Telman İsmayılovun əmlakları satışa çıxarıldı
Sakura
:0

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

“Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası açıq hərraca qoyulub. Mülkiyyətin ümumi dəyəri 400 milyon rubldan (11 milyon AZN) çoxdur.

“RİA Novosti” xəbər verir ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi daşınmaz əmlakın satılması qaydasını təsdiqləyib.

Maliyyə meneceri bazar dəyəri təxminən 404 milyon rubl olan əmlakı müəyyən edib. Hərraca dörd lot çıxarılıb.

Birinci lota Moskvadakı Kutuzovski prospektində ümumi sahəsi 300 kvadratmetr olan beş və altı otaqlı mənzillər daxil idi. Lotun ilkin dəyəri 88 milyon rubldan çoxdur.

İkinci lot Moskva vilayətinin Odintsovo rayonunda dəyəri 64 milyon rubldan çox olan iki səviyyəli bir mənzildir.

Üçüncü lot Moskvaətrafı ərazilərdə yerləşən və kottecləri olan üç torpaq sahəsidir. Başlanğıc qiyməti 201 milyondan çoxdur.

Dördüncü lot qolf meydançası, infrastruktur və fərdi yaşayış sahələrini əhatə edən kompleksin inşası üçün nəzərdə tutulan təxminən 2,5 hektar bir torpaq sahəsidir. Torpaq sahəsi Moskva vilayətinin Skolkovo kəndində yerləşir.

Xatırladaq ki, 2017-ci ilin mart ayında Arbitraj Məhkəməsi İsmayılovu müflis elan edib və əmlakının satılması prosedurunu açıq elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR