Slimfit
  1. CƏMİYYƏT

Televiziyalar efirə çıxardıqları dələduz ekspertlərə görə məsuliyyət daşıyırmı?

Televiziyalar efirə çıxardıqları dələduz ekspertlərə görə məsuliyyət daşıyırmı?
Sakura

Televiziyalar efirə çıxardıqları dələduz ekspertlərə görə məsuliyyət daşıyırmı?

Son illər telekanallarda bir mənfi tendensiya yaranıb. Bəzən yüksək reytinqli sosial verilişlərə kimi gəldi ekspert kimi dəvət edib efirə çıxarırlar. Bunların da bəziləri efirdən əldə etdikləri məşhurluqdan istifadə edib sonradan dələduza çevrilir. Elə bu günlərdə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham olunan “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri Şərif Salmanov da televiziyalarda reytinqli verilişlərdə ekspertlik edib.

Bəs, maraqlıdır televiziyalar insanlara örnək üçün çıxardığı bu ekspertlərə görə məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli bildirdi ki, televiziya üçün ekspertə verilən əsas tələb onun o predmeti yaxşı bilməsi, onu hər kəsdən müqayisədə üstün bilməsi və o məsələləri aydın, dəqiq izah edə bilməsidir.

"İndi bizdə televiziyalarda, qəzetin özündə də çox təsadüfi adamlara ekspert deyilir. Bu, məsələnin başqa tərəfidir. Amma əgər televiziya bilə-bilə ki, məsələn bu ekspertin hansısa mənəvi keyfiyyətləri uyğun deyil və onu davamlı verilişlərinə çağırırsa, bu halda etik qaydanı pozmuş olur. Amma yox əgər bunu, ümumiyyətlə, peşə biliklərinə görə dəvət edirsə və sabah o ekspert ya həbs edilə, ya onunla bağlı hər hansı bir problem ortaya çıxırsa, mənə elə gəlir ki, televiziya burda heç bir məsuliyyət daşımır. Ola bilər əgər bilirsə, məlumatlıdırsa və onu bilərəkdən bir az da reklam eləmək üçün çıxardırsa, bu halda televiziya müəyyən dərəcədə məsuliyyət daşıyır, həm də bu mənəvi məsuliyyətdir",- deyə Q.Məhərrəmli qeyd etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR