Telefonunuz dinlənilirmi? - Ekspert bunu müəyyən etməyin yolunu açıqladı
Telefonda yükləmədiyiniz tətbiqlər ortaya çıxırsa, sizi dinləmə ehtimalı yüksəkdir.
Ens.az Publika.az -a istinadən xəbər verir ki, “TelecomDaily” informasiya və analitik agentliyinin rəhbəri Denis Kuskov telefonunuzun dinləmədə olduğunu müəyyənləşdirmək üçün iki əsas əlaməti açıqlayıb.
- Smartfonun özü açılır və sönürsə;
- Telefondan istifadə etməsəniz də, batareyası çox tez tükənirsə;
Kuskovun fikrincə, bütün bunlar kiminsə telefonunuzu qanuni və ya qanunsuz üsullarla dinlədiyini göstərə bilər. “Bunu aşkar etmək həmişə mümkün deyil, çünki bahalı avadanlıq istifadə olunur”, - deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, smartfonun batareyası tez tükənirsə, bu, hansısa proqramın arxa planda işlədiyini göstərir. Bunu aydınlaşdırmaq üçün mütləq xidmət şöbəsinə müraciət etməlisiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət