Slimfit
  1. TEXNOLOGİYA

Telefondan əvvəl rabitə vasitələri

Telefondan əvvəl rabitə vasitələri
Sakura

Telefondan əvvəl rabitə vasitələri

İlk rabitə vasitələri

 

Qədim dövrlərdən insanlar uzaq məsafələrə informasiya ötürməyə cəhd ediblər. Bunun üçün əlçatan istənilən vasitədən istifadə ediblər: zınqırov, boru, şeypur, baraban və s. İstənilən informasiyanı səslə ötürmə vasitəsi akustik teleqraf adlanırdı. Tonqal, rəngli bayraqlar, tüstü siqnalları və s. Kimi üsullar optik teleqraf adlanırdı. Tonqal qalamaqla Qədim Yunanıstan dövründə Troyanın süqutunu xəbər verirdilər.

 

Akustik telefonlar

 

 

Akustik telefonlar hələ qədim dövrlərdən mövcud idi. Qədim Yunanıstanda evdən evə yolun altında borular çəkirdilər və onu danışıqlar üçün istifadə edirdilər. Həmçinin kəndir telefonu da var idi, onun işləmə prinsipi çox sadə idi: iki diafraqma arasında kəndir dartırdılar və onun vibrasiyası hesabına səs bir sonluqdan digərinə ötürülürdü.

 

Şappın optik teleqrafı

 

 

1789-cu ildə Klod Şapp Parisə gələrək özünün ixtirası olan və semafor adlandırdığı optik teleqrafı nümayiş etdirdi. Bu ixtiraya fizika və mexanika həvəskarı Q.Romm diqqət yetirdi və onun müharibələr zamanı  ucuz, rahat və ötürmə sürətinə görə vacib olduğunu qeyd etdi. Konvensiya Lill və Paris şəhərləri arasında 210km uzunluğuna malik belə teleqrafın tikintisinə pul ayırdı. Şəhərlər arasında 20 keçid stansiyası tikildi.

 

Onlardan hər biri dəmir yolu semaforunu xatırladan vertikal dirəklərlə təchiz olunmuşdu. Dirəyin sonuna hərəkət edən xətlər bərkidilmişdi. Kəndirlərin və xətlər bloklarının köməyi ilə onlar nəinki hərflər, həmçinin yayılmış sözləri bütövlükdə göstərən 196 müxtəlif vəziyyəti qəbul edə bilirdilər. Hər stansiyada bir və ya iki işçi xidmət göstərirdi. Onlar yaxınlıqdakı stansiyanı müşahidə borusu ilə izləyirdilər və qonşusunun ötürdüyü siqnalları öz dirəyində icra edirdilər. Sonra siqnallar irəliyə ötürülürdü. Hərf hərfin, söz sözün ardınca məlumatlar bütün xətt üzrə bir stansiyadan digərinə ötürülürdü.

 

Brestdən Parisə məlumat optik teleqraf vasitəsilə yeddi dəqiqəyə ötürülürdü. Belə teleqrafın ən ən başlıca çatışmazlığı o idi ki, pis görüntü şəraitində məlumatı ötürmək demək olar mümkün deyildi və stansiyaları bir-birinə daha yaxın tikməli olurdular. Rusiyada optik teleqraflar 1860-cı illərə qədər mövcud olub.

 

Elektrik teleqraf

 

 

19-cu əsrin əvvəllərində optik teleqraf ən sürətli məlumat ötürülməsi vasitəsi idi. Cavan amerikan hökuməti min altı yüz kilometr məsafədə işləyəcək semafor teleqrafını tikə bilənə 30 min dollar təklif etdi. Tapşırıq mümkünsüz görünürdü.

 

1837-ci ildə onun haqqında Samuel Morze eşitdi və konqresə Alfred Veyllə birlikdə hazırladığı ixtirasını təqdim etdi.

 

İş prinsipi teleqraf açarı ilə qısa və uzun fasilələrlə elektrik dövrəsinin qısaqapanmasıdan istifadə edərək qısa və uzun siqnalların ötürülməsindən ibarət idi. Nöqtə,tire, həmçinin fasilələr şəklində olan siqnallar xüsusi kodlar cədvəli üzrə hərflərə çevrilirdi. Belə sistem Morze əlifbası adlandırılmağa başlandı.

 

Bütün belə cihazlar telefonun ixtirasından əvvəl mövcud idi, onlar həm elektrik yükünün, həm də mexaniki cihazların iş prinsipi xüsusiyyətlərini istifadə edirdi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR