Slimfit
  1. DÜNYA

“Bu vaxta kimi döyüşəcəyik” - Netanyahu

“Bu vaxta kimi döyüşəcəyik” - Netanyahu
Sakura

“Bu vaxta kimi döyüşəcəyik” - Netanyahu

İsrail Qəzza zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, - deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini əlavə edib.

“Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovlarımızı qaytarana və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni bitirməyəcəyik”, - Baş nazir bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR