Slimfit
  1. PSİXOLOGİYA

Telefon fobiyası: Niyə insanlar telefonda danışmaqdan çəkinirlər?

Telefon fobiyası: Niyə insanlar telefonda danışmaqdan çəkinirlər?
Sakura

Telefon fobiyası: Niyə insanlar telefonda danışmaqdan çəkinirlər?

Ens.az xəbər verir ki, tez pizza sifariş etmək üçün və ya bir bərbərlə görüş haqqında razılaşmaq- sadəcə bir zəng kifayətdir. Burda nə var ki? - bacararsınız. Ancaq hər kəs üçün bu belə deyil. Bəziləri demək olar ki, hər şeyi edə bilər, ancaq telefonla yox. Mütəxəssislər deyir ki, bu sahədə tədricən təcrübə yaxşılaşır.

" Telefon fobiyası klinik olaraq qeydiyyata alınmayıb. Ancaq o sosial fobiyanın yeni bir forması olmağa iddialıdır" - Almaniyanın Heydelberg Universiteti klinikası nəzdində psixiatrik klinikanın böyük həkimi, fobiyalar üzrə mütəxəssis Nadin D.Volf bildirib. Səbəb? Davranış və ünsiyyət qaydalarında dəyişiklikdir.

Sürix Universitetinin professoru Filip Vempler dəyişikliyi belə izah edir:

"Keçmişdə bir qonşudan ot kəsən maşını yaxud hanısa başqa bir aləti götürmək, yaxud borc istəməkdən ötrü üç variant var idi: zəng etmək, məktub yazmaq və ya həmin şəxsin yanına getmək. Bu gün WhatsApp-da bunu daha sürətli yazmaq olur. Bir növ asan və üz-üzə gəlməkdən asan yoldur. "

2018-ci ildə bir JIM araşdırmasına görə Almaniyada 12-19 yaşlarında olan gənclərin 95 faizi gündə ortalama 36 mesaj yazmaqla müntəzəm olaraq bu rabitə platforması vasitəsi ilə məlumat mübadiləsi edir. Gündəlik telefon danışıqları üçün yalnız hər beşinci şəxs smartfondan istifadə edir.

Psixiatr üçün zəng etmədən çəkinməyin bir sıra səbəbləri var:

"Rədd etmə qorxusu, utanc vermə qorxusu, telefonla alçaldılması və ya sadəcə tanış olmadıqları insanlarla telefonda danışmaq".

Sözügedən alim telefon fobiyasını, xüsusən də gənclər arasında yayılan sosial fobiyanın bir növü hesab edir. O, qorxuya qarşı durmağı, telefonda təcrübə etməyi tövsiyə edir. Açar sözlər, mövzular, giriş cümlələrini yazın. Və bu məsələdə gülümsəmə çox vacibdir və kömək edir.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR