Dərc edildi: Baxış sayı: 433
Telefon çəkdirənlərə 100 metrlik hədd müəyyənləşdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası "Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nı təsdiq edib.
Xeberler.az bildirir ki, şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanmış smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət