Dərc edildi: Baxış sayı: 434
Teledərslərdən yararlananların sayı açıqlandı - RƏSMİ
“Tədrisin dayandırılmasından sonra “Mədəniyyət” telekanalında “Teledərslər” layihəsinin icrasına başlanılıb. Aprelin 29-da bu layihənin 1000-ci buraxılışı efirə veriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu layihədən 1 milyon 600 min şagird yararlanıb: “Əksər ölkələr bu layihəyə Azərbaycandan bir ay sonra başlayıb”.
C.Bayramov daha sonra “Virtual məktəb” layihəsi barədə danışıb.
Onun sözlərinə görə, bu layihədən 600 min şagird faydalanıb: “Eyni zamanda, 50 min müəllim qeydiyyatdan keçərək bu fəaliyyətdən yararlanıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət