Slimfit
  1. ARAŞDIRMA

Tələbələr üçün dünyanın ən yaxşı 10 şəhəri

Tələbələr üçün dünyanın ən yaxşı 10 şəhəri
Sakura

Tələbələr üçün dünyanın ən yaxşı 10 şəhəri

Böyük Britaniyanın Ümumdünya Universitetlərinin Reytinq Təşkilatı “Quacquarelli Symonds” (QS) tələbələr üçün dünyanın ən yaxşı 100 şəhərinin siyahısını ötən günlərdə dərc edib, bu siyahı hər bir şəhər haqqında tələbələrin düşüncə və istəkləri, maddi cəhətdən münasiblik kimi 6 göstəricini nəzərə alan metodologiyaya əsaslanmışdır.

Siyahının ilk 10-luğunda hansı şəhərlər yer alır?

Xaricdə təhsil almaq üçün bu ilin 10 ən yaxşı şəhərinin yer aldığı siyahını oxuyun və bu şəhərlərin nəyə görə belə bir üstünlüyə malik olduğunun səbəblərini öyrənin.

10. Seul

Ən Yaxşı Tələbə Şəhərləri siyahısının bu ilki sıralamasında 10-cu yerdə olan Cənubi Koreyanın paytaxtı Seul şəhəri siyahının ən yüksək yerindədir. Seul şəhəri aparıcı və inkişaf edən qlobal şəhərdir və texnoloji cəhətdən inkişaf etmiş infrastrukturası, əyləncəli gecə həyatı və K-pop musiqi janrı ilə məşhurdur.


9. Sidney

Ən Yaxşı Tələbə Şəhərləri siyahısında 13-cü yerdən 9-cu yerə qalxmış Sidney şəhəri yüksək keyfiyyətli həyat standartı, çimərlikləri və maraqlı həyat tərzi sayəsində sıralamada ən arzuolunan şəhərlərdən biridir. Tələbə Fikirləri kateqoriyasında 29-cu yerdən 14-cü yerə qalxmış bu şəhər həm də sıralamada ən fərqli şəhərlərdən biridir.


8. Sürix

Bu il siyahının ilk 10-luğunda yer alan şəhərlərdən biri İsveçrənin ən böyük şəhərlərindən olan, sıralamada 15-ci yerdən 8-ci yerə yüksəlmiş Sürix şəhəridir. Qarlı dağlarla əhatə olunan Sürix gölünün şimal sahilində yerləşən şəhər möhtəşəm görüntüyə malikdir və yaşamaq üçün dünyanın ən yaxşı yerlərindən biri kimi tanınır. Təəssüf ki, Sürix şəhərində yaşamaq maddi cəhətdən olduqca baha başa gəlir, burada yaşayacaq olan əksər tələbələr hər qəpiklərinin belə dəyərini biləcəklər.


7. Berlin

Bu ilki siyahının 7-ci sırasında yer alan Almaniyanın paytaxtı Berlin şəhəri Avropanın digər əsas şəhərləri kimi sürətlə inkişaf edir və buraya gələn tələbələrin sayı ilə əhalinin həcmi artmaqda davam edir.  Bu şəhər Münhen şəhərinə nisbətən aşağı yaşayış xərcləri və ödənişsiz təhsil (milliyyətindən asılı olmayaraq) sayəsində top 10-luqdakı şəhərlər arasında maddi cəhətdən ən münasib şəhər hesab edilir. QS Ümumdünya Universitetlərinin Reytinq sıralamasında 120-ci yerdə olan Berlin Humboldt Universiteti də daxil olmaqla Almaniyanın ən yaxşı universitetləri məhz bu şəhərdə yerləşir.


6. Münhen

Ən Yaxşı Tələbə Şəhərləri sıralamasında Berlini belə üstələyərək 3 pillə yüksələyərək 6-cı sırada Münhen şəhəri yer alır. Bu şəhər Tələbə Fikirləri kateqoriyasında həlledici 24 pillə qalxaraq, burada təqdim olunan möhtəşəm Bavariya mədəniyyətindən zövq alan tələbələr arasında hazırda  2-ci sıradadır. Münhen şəhərinin inkişaf etmiş iqtisadi həyatı da tələbələrin diqqətini cəlb edir.


5. Paris

Fransanın paytaxtı Paris şəhəri 2017-ci ilə qədər 4 illik təhsil üçün bir nömrəli tələbə şəhəri idi və hazırda 2018-ci ildə xaricdə təhsil üçün ən yaxşı şəhərlər arasında 5-ci sırada yer alır. Paris şəhəri dünya reytinq sıralamasında 43-cü yerdə olan ENS Paris daxil olmaqla beynəlxalq dərəcəli 18 universitetə malik olmaqla reytinq göstəricisində London şəhərindən sadəcə bir pillə geri qalaraq ikinci sırada yer alır. “İşıqlar Şəhəri” olan Paris təkcə yaşamaq üçün mükəmməl yer deyildir, bu şəhər həmçinin zəngin mədəniyyət və kulinariyaya sahibdir.


4. Montreal

Montreal şəhəri bu ilin Ən Yaxşı Tələbə Şəhərləri siyahısında 1-ci yerdən 4-cü yerə enib, lakin  Tələbə Fikirləri kateqoriyasında isə bir pillə yüksəlib (tələbələrə görə daha məşhur olan Ottava şəhərini üstələyib). Tələbələr arasında keçirilmiş sorğu nəticəsində bu şəhərə olan böyük rəğbət, sevgi öz əksini tapmışdır. Sorğudakı cavablarda ən yaxşı yeməklərə və zəngin mədəniyyətə malik gənc, canlı şəhər olduğu, hər şeydən əvvəl insanlarının mehriban olmağı ilə bağlı fikirlər göstərilmişdir.


3. Melburn

Bu ilki siyahıda 3-cü sırada yer alan Melburn şəhəri mədəni tədbirlər ilə dolu olan təqvimlə Avstraliyanın mədəniyyət paytaxtıdır. Bu şəhər YUNESKO-nun Ədəbiyyat mərkəzi kimi tanınır və küçə incəsənətinin, musiqi və teatrın başlıca mərkizidir. Fərqli yerlərdən gələn çoxlu sayda tələbələr ilə zəngin olan Melburn şəhəri bütün göstəricilərində tələbələrdən ən yüksək dərəcəni almışdır.


2. Tokio

Dünyadakı ən böyük metropoliten iqtisadiyyata malik olmağı və eləcə də dünyanın ən böyük maliyyə mərkəzlərindən biri kimi tanınmağı heç də təəccüb doğurmayan Tokio şəhəri işçi fəaliyyətinə görə digər şəhərlərə nisbətən daha yüksək göstərici əldə edərək bu ilki sıralamada 7-ci yerdən 2-ci yerə yüksəlmişdir. Bu şəhər Tələbə Fikirləri kateqoriyası əsasında top 20-likdə yer alaraq, Toronto şəhərindən geridə 2-ci sırada yer alır. Tələbələrdən biri bu şəhəri inkişaf etmiş, gözəl və təhlükəsiz şəhər kimi təsvir etmişdir.


1. London

Nəhayət ki, xaricdə təhsil üçün ən yaxşı şəhərlər siyahısının birinci yerinə  növbə gəlib çatdı. Birləşmiş Krallığın paytaxtı London şəhəri 2018-ci ildə ilk dəfə olaraq bu siyahıya başçılıq edir. Bu şəhər həm də 19 beynəlxalq dərəcəli institutla reytinq sıralamasında da birinci yerdədir. Bunlardan ikisi dünyanın top 10-luğunda yer alır: UCL ( London Kollec Universiteti) və ( İmperial London Kolleci) ( müvafiq olaraq 7-ci və 8-ci sırada yer alırlar).

Londonun fərqliliyi tələbələrin əsas diqqətini cəlb edir. Bu şəhərin 13,8 milyon sakininin 1,8%-ini tələbələr təşkil edir ki, onların da 41%-i digər ölkələrdən gələn tələbələrdir. London şəhərinin siyahıda ilk sırada yer almağına Tələbə Fikirləri kateqoriyasında qazandığı dərəcə də səbəb olmuşdur ki, bu da Breksit məsələsi ilə bağlı narahatlıqlara baxmayaraq bu şəhərin olduqca böyük nüfuz qazanmaqda davam etdiyini göstərir.

 

Mənbə: Buqelemun.com

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR