Dərc edildi: Baxış sayı: 661
Tələbələr, diqqət: Özəl ali məktəblərdə təhsil haqqı məsələsi necə həll ediləcək?
"Özəl ali məktəblər də tələbələrin xeyrinə qərar qəbul etməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Etibar Əliyev özəl ali məktəblərdə təhsil haqqlarının ödənilməsi məsələsindən danışarkən deyib.
Bu koronavirus hadisəsi əslində hər hansı ölkənin problemi deyil. Bu, qlobal problemdir. Hansı ölkədə bu virus yayılıbsa, orada təhsil sistemində müəyyən arakəsmələr yaranıb. Təhsil təkcə dövlətin himayəsi altında deyil. Özəl ali məktəblərin sayı dövlət məktəblərin sayından çoxdur. Düşünürəm ki, özəl ali məktəbin rəhbərləri tələbələrin xeyri üçün müəyyən qərarlar qəbul etməlidir. Ali təhsil prosesi necədir? Əgər tələbə müəyyən müddətə dərsə gəlmirsə, müəyyən limiti aşırsa, onu xaric edirlər. Sonra müəyyən vaxtdan sonra imtahan təşkil olunur. Deməli, tələbədən, müəllimdən asılı olmayaraq, belə bir vəziyyət yaranıb. Hesab edirəm ki, özəl ali məktəblər də bu prosesdə dövlət ali məktəblərinin atdığı addımı atmalıdır. Yəni, hansısa formada güzəşt düşünməlidirlər. Bu birmənalı olaraq, təhsil haqları ilə bağlı olmalıdır. Mən də təklif olaraq deyirəm ki, burada dövlət ali məktəblərin rəhbərlərinin atdığı addımla özəl ali məktəb rəhbərlərinin atdığı addımlar üst-üstə düşməlidir. Hansısa özəl ali məktəb rəhbəri öz mənafeyinə uyğun hərəkət etməməlidir".
Təhsil eksperti Kamran Əsədov isə ali məktəblərdə təhsil haqları ilə bağlı məsələnin iki formada həll olunacağını bildirib:
"Birincisi, tədris bərpa olunduqdan sonra qısaldılmış dərs günləri ilə semestrin başa vurulması və imtahanların təşkil edilməsi;
İkincisi isə növbəti tədris ilində bu semestrin fənlərin tədrisi və təhsil haqqının ödənilməməsi.
Amma bütün hallarda tələbələrin ödədiyi təhsil haqqı geri qaytarılmır. Onlayn formatda da imtahan keçirilə bilər. Amma nəzərə almaq lazımdır, tələbələr proqramı tam mənimsəməyib. Qiymətləndirmə meyarları tətbiq ediləndə bunu nəzərə almaq lazımdır. Yəni, maksimum dərəcədə tələbələrə güzəştlər tətbiq edilməlidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət