Slimfit
  1. MARAQLI

Teleaparıcı tank hazırladı

Teleaparıcı tank hazırladı
Sakura

Teleaparıcı tank hazırladı

Məşhur britaniyalı motoyürüşçü və teleparıcı Qay Martin dünyanın ilk tanklarından biri olmuş "Mark IV" tam, dəqiq sürətini hazırlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Channel 4 telekanalında çalışan 36 yaşlı teleaparıcı 30 ton ağırlığındakı tankı "Deborah 2" adlandırıb.

Martinin dediyinə görə, "Mark IV" tankının xeyli orijinal detallarını tapa bilsə də, mühərrik qismində 1975-ci ildə istehsal olunmuş "Rolls-Royce" mühərrikindən istifadə etməli olub.

Tankın çertyojları Birinci Dünya Müharibəsində çəkilimiş fotolar əsnasında hazırlanıb. Sürət də eynən orijinalda olduğu kimi, 6 km/saatdır.

Qay Martinin dediyinə görə, "Deborah 2" ilə Fransanın şimalındakı Kambre bölgəsinə, "Mark IV" tanklarının ilk dəfə döyüşə girdiyi məkana yollanmaq niyyətindədir.

Tankın hazırlanması 5 ay çəkib.

Qay Martin Linkolnşirdə, ötən əsrin əvvəllərində mühəndis Uilyam Fosterin layihəsi əsasında ilk tankların hazırlandığı bölgədə doğulub.

"Mark IV" tankları 1917-ci ilin noyabrın 20-də ilk döyüşlərinə girmişdilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR