Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil problemləri

Təhsil problemləri
Sakura

Təhsilin ən əsas problemi

Müasir dövrümüzdə təhsilin inkişaf edilməsi üçün ciddi dəyişikliklər həyata keçirilir. Çox təəssüf ki,hələ də tam inkişafa nail olunmamışdır. Buna görə də ölkəmizin təhsil sahəsində müəyyən problemlər vardır və onların həlli zəruridir. Azərbaycanda təhsil səviyyəsinin aşağı olmasının müxtəlif səbəbləri vardır. Belə ki, abituriyentlərin orta məktəbdə aldıqları təhsillə kifayətlənməyib,əlavə repetitor xidmətindən istifadə etməsi, valideynlərin uşaqlarının özəl məktəblərdə təhsil alması istəyi, təhsildən yayınan məktəblilər və s. Bütün bunlar az öncə dediyim səbəblərə aiddir. Bu sadalananlar içərisində ən dəhşət doğuran reallıq isə təhsildən yayınan məktəblilərdir.Təhsildən yayınan məktəblilər arasında qızların sayı nəzərə çarpacaq qədər çoxdur. Regionlarımızda qızların təhsildən yayınması problemi kütləvi hal almaqdadır.Qeyd etmək lazımdır ki, xüsusilə kənd məktəblərində qızların təhsilə davamiyyəti həddən artıq aşağı səviyyədədir.

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.

Bu sözləri Azərbaycanlı Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev söyləmişdir.

Təhsil almaq hər kəs üçün zəruridir. Belə ki özünü inkişaf etdirmək, dünya görüşünü genişləndirmək, intellektual səviyyəni artırmaq üçün təhsil ən gərəkli zəmindir. Bir xanımın təhsil alması təhsilli nəslin yetişməsi deməkdir. Bir çox savadsız insanların düşüncəsinə görə dinimizdə qadınların təhsil almasına yaxşı baxılmır. Amma unudurlar ki, İslam dini elmə,biliyə, savada yüksək qiymət verir. Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: ”Beşikdən məzaradək elm öyrənin”. Yəni qadınlarımızın savadlı olmasını istəməyən bəzi dardüşüncəli insanların dini əsas götürmələri heç də düzgün hesab edilmir.

Bundan başqa təhsilli qadınla təhsilsiz qadın arasındakı fərq əlbəttə ki özünü büruzə verir. Belə ki hər bir qadın ilk növbədə anadır. Təbii ki, bir qadının ailədəki ən mühüm vəzifəsi uşaqları düzgün tərbiyələndirmək, düzgün yetişdirməkdir. Buna görə də qadınların bilik və savada malik olmalarının vacib amil olmağını hərkəs dərk etməlidir.

Çox təəssüflə qeyd etmək lazımdır ki,bugün cəmiyyətimizdə belə bir fikir formalaşıb: “İlk öncə oğlan uşaqları təhsil almalıdır”. Lakin bu o demək deyil ki ailə qurduğu qızın ali savadı olmamalıdır. Çünki savadlı bir qadın sağlam bir ailənin formalaşması deməkdir. Gələcəkləri üçün təhsilə önəm verən qızlarımız həqiqətən də alqışa layiqdirlər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR