Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı
Sakura

Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı

Ölkədəki epidemioloji vəziyyət məktəblərdə və universitetlərdə tədris prosesinin bərpası ilə bağlı yekun qərar qəbul etməyə hələ ki, imkan vermir. Media.Az ölkədə 2020-ci il martın 3-də dayandırılmış tədris prosesinin yenidən başlaması ilə bağlı mütəxəssislərin rəyini öyrənməyə davam edir.

“Təhsil prosesinin necə təşkil olunacağını əminliklə söyləmək mümkün deyil, çünki koronavirus pandemiyası ilə bağlı vəziyyət barədə əvvəlcədən nəsə demək çətindir. Əlbətdə ki, bu vəziyyətdə bütün mümkün risklərin nəzərə alınması vacibdir”, -  deyə ADA Universitetinin baş müəllimi, Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova Media.Az-a bildirib.

Onun sözlərinə görə, hər şeydən əvvəl bütün ehtiyat tədbirlərinə əməl etmək, xüsusilə də, bir sinifdə uşaqların sıxlığının qarşısını almaq, ünsiyyətin mümkün səviyyəsini azaltmaq, sosial məsafəyə riyaət prosesinə nəzarət etmək lazımdır.

“Əsas məsələ bir sinifdə 10-15 şagirddən çox olmamasıdır. Əlbəttə ki, bu təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və uşaqlar üçün böyük məsuliyyətdir. Lakin ən azı bu qaydalara riayət etməklə təhsil alanlar sosial əlaqə qura biləcəklər, hansı ki, aşağı sinif uşaqları üçün bu, xüsusilə vacibdir”, - deyə Ü.Mikayılova bildirib.

Yuxarı sinif şagirdlərinin təhsillərini onlayn olaraq davam etdirib-etməmələri ilə bağlı suala cavab olaraq, o, qeyd etdi ki, bu vəziyyətdə müəllimlərin buna nə dərəcədə hazır olduqlarına diqqət yetirilməlidir:

“Müəllimlər onlayn təhsilə keçmək məcburiyyətində qaldılar. Heç kim pandemiyanın yayılacağını və belə bir məcburi keçidin olacağını gözləmirdi”.

İctimai Şura üzvünün sözlərinə görə, onlayn formatda işləyən müəllimlər məktəblilərin biliklərinin qiymətləndirilməsi və monitorinqi üçün məhdud imkana malikdirlər.

“Əlbəttə, formal qiymətləndirmə metodları var, lakin müəllimlər onları çox qısa müddətdə öyrənməlidirlər. Yeri gəlmişkən ölkədə 158 min pedaqoq var... Bundan əlavə, onlayn təhsil üçün tənzimlənən qiymətləndirmə sisteminin özünü də yenidən nəzərdən keçirmək lazımdır. Bu format bir çox ölkədə istifadə olunur.

Xatırladaq ki, martın 11-dən etibarən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət TV” telekanalında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində video dərslər keçirilməyə başlanıb. Bütün siniflər üçün tədris planlarını əhatə edən televiziya dərslərində mövzuların qısa məzmunu və təlimatlar daxil edilib. “Virtual məktəb” layihəsi şagirdlərə evlərini tərk etmədən təhsillərini davam etdirməyə imkan verib.

Əksər mütəxəssislər kimi, Ü.Mikayılova ənənəvi və onlayn olan qarışıq təhsil modelindən istifadəni məqsədəuyğun hesab edir:

“Ancaq nəzərə almaq lazımdır ki, bir otaqda şagirdlərin sıxlığını azaltmaq üçün sinifləri iki qrupa böləndə, iki dəfə dərs deyəcək müəllimlərin iş yükü iki dəfə artacaq. Düşünürəm ki, qarışıq formatdan istifadə edərkən dərsə gəlmə günlərini bölmək yaxşı olardı. Məsələn, 1, 3, 5, 7, 9, 11-ci sinif şagirdləri bazar ertəsi, çərşənbə və cümə günləri, qalanları isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri məktəbə gələ bilərlər”.

Baş müəllimin sözlərinə görə, universitetlərdə prosesin yenidən başlamasına gəlincə isə tələbələr onlayn təhsillərini davam etdirə bilərlər.

“Tələbə yoldaşları ilə ünsiyyət imkanından məhrum olduqları üçün onların onlayn təhsilinin çətin olduğunu anlayıram. Ancaq bu mərhələ məktəblilərə nisbətən tələbələr üçün daha az ağrılıdır ”, - deyə Ü.Mikayılova bildirib.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR