Dərc edildi: Baxış sayı: 371
Təhsil Nazirliyinə 21528 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin oktyabr ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddətdə həmin mərkəzlərə ümumilikdə 21 min 528 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 min 572 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 956 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1855 sənəd (632 ərizə, 1223 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının bölgüsü və digər məsələləri əhatə edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət