Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər.
Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.
Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.
Mənbə: Fins.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət