Slimfit
  1. CƏMİYYƏT

Təhsil Nazirliyi yeni qrant layihəsi həyata keçirəcək

Təhsil Nazirliyi yeni qrant layihəsi həyata keçirəcək
Sakura

Təhsil Nazirliyi yeni qrant layihəsi həyata keçirəcək

“Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” adlı texniki yardım qrant layihəsinin icrasının başlanılmasına həsr olunan tədbir keçirilib.

"Report"un xəbərinə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iştirakçıların bu layihənin icrasında tam səylə çalışacaqlarına əmin olduğunu qeyd edib.

“KOICA” Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park layihənin Koreya texnologiyasının “nou-hausu” və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Layihə çərçivəsində “KOICA” tərəfindən qarşıdakı 36 ay ərzində müəllim hazırlığının informasiyalaşdırılması üzrə Master Plan, Elektron Tədris Sistemi, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Data Mərkəzin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub

Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR