Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyi bu halda uşağın məktəbə qəbulundan imtina edəcək

Təhsil Nazirliyi bu halda uşağın məktəbə qəbulundan imtina edəcək
Sakura

Təhsil Nazirliyi bu halda uşağın məktəbə qəbulundan imtina edəcək

Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilə biləcəyini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, ilk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər. 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR