Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyi: 1 585 namizəd vakant yer tutub

Təhsil Nazirliyi: 1 585 namizəd vakant yer tutub
Sakura

Təhsil Nazirliyi: 1 585 namizəd vakant yer tutub

Bu ilin 10-11 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Ens.az xəbər verirki,Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 1 585 namizəd vakant yer tutub.

"Vakant yer tutmuş namizədlər 17 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq", - Nazirlikdən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR