Slimfit
  1. AZƏRBAYCAN

Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək
Sakura

Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək

Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərinin nəzərinə!

 

Təhsil naziri Ceyhun Bayramov 11 aprel 2019-cu il tarixində, saat 10:00-da Samux şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Samux, Göygöl, Kəlbəcər rayonlarında və Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1-5 aprel 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: Edu.gov.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR