Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil naziri: "Məktəblərin açılmasına dair tələsik qərar vermək düzgün deyil"

Təhsil naziri: "Məktəblərin açılmasına dair tələsik qərar vermək düzgün deyil"
Sakura

Təhsil naziri: "Məktəblərin açılmasına dair tələsik qərar vermək düzgün deyil"

"Dərslərin necə təşkil edilməsi ilə bağlı metodiki göstərişlər qaydalar elan olunduqdan sonra elan edilə bilər.

Ens.az Apa.Az-a istinadən xəbər verir ki,bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib: “Məktəblərin açılması ilə bağlı müzakirələri də indi deyirik. Çünki məktəblərin açılması ilə bağlı tələsik qərar vermək düzgün deyil. Bəzi ölkələr bununla bağlı müəyyən göstərişlər və məlumatlar çap edib. Düşünmürəm ki, bizim də məlumatlarımız və göstərişlərimiz bundan əsaslı şəkildə fərqlənsin. Çünki tibbi nöqteyi-nəzərdən bu qaydalar demək olar ki, bir-birinə yaxın olur. Sadəcə burada şəraitə uyğunlaşdırılmasından söhbət gedir. Biz yalnız icrası mümkün olan qaydalardan söhbət edə bilərik”.

Nazir deyib ki, bəzi ölkələr bu göstərişləri əvvəldən elan etsə də, təhsilin başlanma tarixinin mütəmadi şəkildə ləngiməsinin şahidi oluruq: “Mənə görə göstərişlərin çap edilməsi ilə təhsilin başlaması vaxtı arasında o qədər də əlaqə yoxdur. Bunlar epidemioloji vəziyyətlə əlaqəlidir. Bizi əsas maraqlandıran rəqəm budur ki, gündəlik nə qədər aktiv yoluxma halı var. Bu rəqəmlərə baxaraq, qərar verməliyik. Artıq maskaların taxılmasından tutmuş hərarətin ölçülməsi və digər məsələlərlə cəmiyyətdə mövcud bir ənənə formalaşmaqdadır. Məktəblərin daxilində bu qaydalar o qədər də fərqlənməyəcək”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR