Təhsil naziri ən gənc olimpiada qalibi ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov 13 yaşlı qalibi qazandığı uğur münasibətilə təbrik edib.
Nazir qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Bu münasibətlə olimpiada qalibini bir daha təbrik edən Ceyhun Bayramov onun dərsləri, eləcə də olimpiada hazırlığı ilə maraqlanıb.
Fidan Qarayeva təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. Qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etməyə çalışacaq.
Görüşdə olimpiada qalibinə hədiyyələr təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət