Slimfit
  1. CƏMİYYƏT

Təhsil naziri: 'Bəzi direktorlar səhlənkarlıq edir'

Təhsil naziri: 'Bəzi direktorlar səhlənkarlıq edir'
Sakura

Təhsil naziri: 'Bəzi direktorlar səhlənkarlıq edir'

 

"Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: "Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı".

Nazir qeyd edib ki, elektron sistemdə bir sıra təkmilləşdirmələr edilib: "Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz. Proses ilk dəfə icra olunandan bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar. Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik".

C.Bayramov əlavə edib ki, proses yazılı formada həyata keçirilən zaman meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: "Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik".  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR