Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil kurrikulumlarının sadələşdirilməsi təklif edilir

Təhsil kurrikulumlarının sadələşdirilməsi təklif edilir
Sakura

Təhsil kurrikulumlarının sadələşdirilməsi təklif edilir

"Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarət həyata keçirilməlidir. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edib.

Özəl məktəblərdə təhsil haqları fərqli və hətta süni şişirtmələrə yol verildiyini dilə gətirən komitə sədri söyləyib ki, bu məsələdə tənzimləyici mexanizmin olmasına ehtiyac duyulur: “Bu sahədə vahid qiymətlərin tətbiqi bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Özəl məktəblərdə ödənişli təhsilin qiyməti tələb-təklif əsasında, sərbəst şəkildə müəyyən edilməlidir. Buna görə də “Ümumi təhsil haqqında” qanuna belə bir maddənin əlavə edilməsi yaxşı olardı ki, qiymətlər əmək bazarının tələatına uyğun olaraq, tələb-təklif prinsipi əsasında müəyyən edilsin və müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl məktəblərdə təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarəti həyata keçirsin. Hesab edirik ki, bu sahədə tənzimləyici işə ehtiyac var”.

İ.Həbibbəyli qeyd edib ki, təhsil kurrikulumlarının sadələşdirilməsi əsas məsələ olmalıdır: “Şagirdlərin yaşına uyğun olmayan məsələlər, formullar, üslublar sadələşdirilməlidir. Bunu valideynlər, şagirdlər də deyirlər. XXI əsrin təhsil kurrikulumlarının yeniləşməyə ehtiyac var. Təhsil nazirinə də bildirmişəm ki, yenidən hazırlanan təhsil kurrikulumlarını biz də oxuyaq. Biz də buna öz töhfəmizi vermək istəyirik. Təhsil kurrikulumlarına mili-mənəvi dəyərlərin artırılması vacibdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR