Slimfit
  1. MEDİA

"Təhsil Araşdırmalar Mərkəzi" təqdim edir: "BURZUBƏND KOMEDİYASI" VƏ YA MAFİATİK DİREKTORUN HEKAYƏSİ"

"Təhsil Araşdırmalar Mərkəzi" təqdim edir: "BURZUBƏND KOMEDİYASI" VƏ YA MAFİATİK DİREKTORUN HEKAYƏSİ"
Sakura

"Təhsil Araşdırmalar Mərkəzi" təqdim edir: "BURZUBƏND KOMEDİYASI" VƏ YA MAFİATİK DİREKTORUN HEKAYƏSİ"

Son zamanlarda ciddi qalmaqal və maxinasiyalarla gündəmə gələn Astara təhsili və onun rəhbəri Rəşad Həsənov görünür ki, gündəmdə qalmağı çox sevir. Amma, gündəmdə olmaq, heç də hər zaman yaxşı deyil və pis mənada gündəmdə qalmağın axırı elə də yaxşı olmur.

Bu dəfə rayonun Burzubənd kənd tam orta məktəbində ciddi bir qalmaqal qopub, lakin deyəsən bu dəfəki məsələ, bir az fərqlidir.

Məktəbin müəllimləri mərkəzimizə müraciət edərək, sözügedən məktəbdə cərəyan edən dərəbəyliklər barədə şikayətlərini bildiriblər və müvafiq sübut və sənədləri təqdim ediblər.

 Əslində, məsələ o qədər dramatik və şaxəlidir ki, sadəcə bir yazı və ya bir sujetlə ifadə etmək mümkün deyil. Çünki görünən budur ki, hər dəfə edilən özbaşınalığı ört-basdır etmək üçün yeni özbaşınalıqlara yol verilib, deyilən hər yalanı gizləmək üçün yeni yalanlar uydurulub.

Beləcə sözün həqiqi mənasında bir serial çəkilibdir, məşhur “Yalan Rüzgarı” kimi.

Əslində şərti olaraq, “Burzubənd komediyası” adlandıracağımız bu serial, daha çox mafiya tiplidir. Çünki baş qəhrəman Turan Rəfiyev təhsil ocağını tamamilə “biznes ocağı”na, şəxsi obyektinə çeviribdir. Öz yaxın adamlarını işə təyin etməklə, hətta digər işçilərin iş vahidlərini kəsib onlara verməklə, əməlli-başlı özünə “maliyyə imkanları” yaradıbdır. Və haqqı pozulan, şikayətçi işçiləri zərərsizləşdirmək üçün rüşvət və təhdidə qədər- hər yola baş vurubdur.  Özünü “mafiya lideri”, ətrafını da “mafiya üzvləri” hesab edərək, əleyhdarlarını bir-bir “biçibdir”.

Bu oyunların, ictimaiyyətdən uzun müddət gizlin qalması da direktoru və çevrəsini daha da ruhlandırıbdır.

Əslində, bütün bunlar, mediadan və ictimaiyyətdən gizli qalmağa davam edəcəkdi, məktəbin müəllimi Tərlan Talıbovun cəsarəti olmasaydı. Məhz onun feysbukda “Təhsil Şikayətləri” qrupunda yazdığı paylaşımdan sonra, mafiyanın sisteminə “çomaq soxulmuş oldu”.

________________________

Beləliklə sujet:

https://www.youtube.com/watch?v=azgt3SFRGGI

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR