Dərc edildi: Baxış sayı: 514
Həmin tətbiqlər şəxsi məlumatların, həmçinin bank hesablarının oğurlanmasına imkan yaradır
"Google" şirkəti smartfon istifadəçilərinə bəzi tətbiqlərin istifadəsinə görə xəbərdarlıq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, şirkət insanlar tərəfindən pulsuz istifadə olunan tətbiqlərin təhlükəli olduğunu bildirib.
Belə ki, həmin tətbiqlər şəxsi məlumatların, həmçinin bank hesablarının oğurlanmasına imkan yaradır. Bu baxımdan şirkət "Realtime Booster", "Call Recorder", "SmartSwipe", "Art Editor", "Selfie Camera Pro" kimi tətbiqlərin istifadəsi tövsiyə etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət