Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Tədris ilinin ilk səyyar qəbulu başlayır

Tədris ilinin ilk səyyar qəbulu başlayır
Sakura

Tədris ilinin ilk səyyar qəbulu başlayır

Bakı Şəhəri Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbuluna start verir.

İdarədən Axar.az-a verilən məlumata görə, ilk səyyar qəbul oktyabrın 12-də Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək. Bakıdakı 168 nömrəli tam orta məktəbdə (Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 38) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçiriləcək səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR