Slimfit
  1. CƏMİYYƏT

Tədris ilinə hazırlıq müzakirə olundu

Tədris ilinə hazırlıq müzakirə olundu
Sakura

Tədris ilinə hazırlıq müzakirə olundu

Avqustun 19-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.

Ens.az xəbər verir ki, KONKRET.az-a Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilən ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildiriblər, onlarda yaranan sualları səsləndiriblər.

Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR