Slimfit
  1. CƏMİYYƏT

Təcili tibbi yardım stansiyasının baş həkimi cəzalandırılıb - "Karusel"ə görə

Təcili tibbi yardım stansiyasının baş həkimi cəzalandırılıb - "Karusel"ə görə
Sakura

Təcili tibbi yardım stansiyasının baş həkimi cəzalandırılıb - "Karusel"ə görə

"Hava şəraitinin soyuq olduğuna görə, işçilər seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş ediblər"

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş neqativ halları əks etdirən video və foto görüntülər yayılıb. Həmin görüntüləri izlədikdə müəyyən olur ki, bəzi ərazilərdə dövlət müəssisələrinin rəhbərləri və işçiləri neqativ hallara yol veriblər.

Belə videolardan bir neçəsi Kürdəmir rayonunda lentə alınıb. Videolardan aydın görünür ki, Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının avtomobilləri rayon ərazisindəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıyır ("karusel").

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva AYNA-ya açıqlamasında bildirib ki, baş vermiş neqativ faktla bağlı artıq tədbir görülüb: “Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi dünən TƏBİB-ə dəvət olunub. Baş həkim izahatında qeyd edib ki, hava şəraitinin soyuq olduğuna görə, işçilər seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş ediblər. Amma istənilən halda, bu, qanun pozuntusudur və buna görə, baş həkim ciddi cəzalandırılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR