Slimfit
  1. GÜNDƏM

Təcili: koronavirusla bağlı qapalı iclasdan məlumat yayıldı - qorxunc proqnozlar

Təcili: koronavirusla bağlı qapalı iclasdan məlumat yayıldı - qorxunc proqnozlar
Sakura

Forbes jurnalı qapalı müzakirələrdən sızmış proqnozları yaydı

Amerikalıların 50 faizinin, almanların isə 70 faizinin koronavirusa yoluxacağı iddia olunur.

Forbes jurnalı yazır ki, Goldman Sachs investisiya bankının koronavirusun qlobal iqtisadiyyata təsirini müzakirə edən qapalı iclasındakı müzakirələr İnternetə sızdırılıb.

Tədbir ötən həftə keçirilib. Görüşdə Goldman Sachs şirkətinin baş iqtisadçısı və həkimi Yan Hatsius və Maykl Rendel, habelə kommersiya banklarının nümayəndələri iştirak ediblər. Yığıncaq iştirakçılarından biri müzakirə zamanı danışıqları yazaraq onları yayıb.

Yayılan xəbərdə koronavirus infeksiyasının (amerikalıların 50 faizinin və almanların 70 faizinin yoluxacağı iddia olunur) yayılma dərəcəsi ilə bağlı proqnozlar da yer alıb. Xəstələnənlərin 80% -i yüngül formada, 15% -i orta formada, 5% -i ağır vəziyyətdə olacaq. Ölüm ortalaması iki faizə qədər artacaq. Virusun pik həddinin səkkiz həftə içində olacağı gözlənilir, bundan sonra xəstəlik azalacaq.

Goldman Sachs işçilərinin sözlərinə görə, peyvənd yaradılana qədər ölkələr pandemiya ilə mübarizə mövzusunda konsensus əldə edə bilməyəcəklər. Məsələn, ABŞ karantin tətbiq etməyə çalışır, Böyük Britaniya isə insanları virusla baş-başa qalaraq təbii immunitet formalaşdırmaları fikrini müdafiə edir.

İclasda səslənən proqnozlara əsasən, dünya üzrə ÜDM artım tempi 30 il ərzində ən aşağı nəticə göstərərək təxminən 2% təşkil edəcək. S&P 500 fond indeksi 2020-ci il üçün neqativ artım göstərməklə mənfi 15 ilə mənfi 20 faiz göstərici əldə edəcək. Eyni zamanda, ilin ikinci yarısında bazarlar tam bərpa olunmalıdır. Texniki olaraq, bazar tarixin ən uzun sürət artımından sonra hər şeyə yenidən başlamağa bir səbəb axtarır.

Bank nümayəndələri bu məlumatları təkzib edərək yuxarıdakı ifadələri səhv məlumatlar olan "qısa bir xülasə" kimi qiymətləndiriblər. Görüş zamanı pandemiyaya dair müxtəlif statistikalar verilsə də, onlar yalnız Goldman Sachs- ın nöqteyi-nəzəri kimi bildirilib.

Ens.az saytı bildirir ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus pandemiyasının başlandığını elan edib. Bununla bağlı Avropada ən çətin vəziyyət İtaliya, İspaniya və Fransadadır.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR