Dərc edildi: Baxış sayı: 578
Təbii yolla burun axıntısı problemini aradan qaldırmaq olar
Bəzən dərmana ehtiyac olmadan da burun axıntısına son qoymaq mümkündür
Həkimlər təbii yola burun axıntısı problemini aradan qaldırmağın yollarını açıqlayıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər evdə hazırlanan üsullarla da uzunmüddətli burun axıntısını aradan qaldırmağın mümkün olduğunu bildiriblər.
Onların sözlərinə görə, evdə suya duz qatmaqla 2-3 gün ərzində bir neçə dəfə buruna damızdırmaqla axıntını aradan qaldırmaq mümkündür. Bundan başqa bir bardaq suya limon şirəsi əlavə edib buruna damızdırmaqla da bu xəstəliyi aradan qaldırmaq mümkündür. Bundan başqa antioksidant tərkibli limon, portağal, naringi, soğan və sarımsaq yemək məsləhət görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət